Gündəmdən düşməyən 17 yaşlı müğənni Aleyna Tilki yazıçılığa başlayır.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ötən həftə Star tv-də Hülya Avşarın qonağı olan Aleyna maraqlı açıqlamalar verib.
Kitab yazdığını və bütün dünyada tanınan bir yazar olmaq istədiyini söyləyən Tilkiyə proqramdan sonra 4 nəşriyyat evindən təklif gəlib.
Eyni zamanda gənclik mövzusunda bir filmdən də təklif alan Aleyna hələ ki son qərarını verməyib.