Kənd Tərrüfatı Nazirliyi Bakıda 1kq-ı 3 manat 50 qəpiyəolan pomidorun Rusiyada 50 qəpiyə satılması xəbərinə münasibət bildirib.

BAKU.WS-in xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İslahatlar, Kənd Ərazilərinin və Sahibkarlığın İnkişafı şöbəsinin müdiri Firdovsi Fikrətzadə Unikal.org-a bildirib ki, son iki ay ərzində (yanvar-fevral) Azərbaycandan Rusiyaya 8800 ton pomidor ixrac olunub: “İxrac olunan bu pomidordan 9.8 milyon dollar gəlir əldə etmişik. Bu isə o deməkdir ki, pomidorun 1 kilqoramı 1.12 dollar və ya bizim indiki kursla 2 manata satılıb. Hələ bu iki manata nə gömrük vergisi, nə dək marketinq xərcləri daxildir. Ümumilikdə 40 faiz əsas məbləğin üzərinə gəldikdə, Azərbaycan pomidorunun Rusiya bazarında topdan satış qiyməti 2 manat 75 qəpikdən aşağı ola bilməz. Çünki bizim daxili bazarda da pomidorun topdan satış qiyməti 2 manat 50 qəpik təşkil edir”.

Nazirlik rəsmisi həmçinin vurğulayıb ki, Türkiyədən min ton pomidor Azərbaycana idxal olunub: “Qardaş ölkədən aldığımız pomidora görə 34 min dollar vəsait ödənilib: “Bu o deməkdir ki, Türkiyədən Azərbaycana gətirilən pomidorun qiyməti 58 sent və ya 1 manata başa gəlib. Bu o deməkdir ki, bu məhsul Azərbaycan pomidorundan iki dəfə ucuz idxal olunub. Azərbaycan pomidorunun keyfiyyəti digər ölkələrə nisbətən yaxşı olması qiymətlərə də öz təsirini göstərir”.