Kamil Zeynallı jurnalistdən üzr istəyəcək – məhkəmə qərarı

Jurnalist Əfruzə Ağayeva: “Kamil yuxusunda görər ki…”

İdmançı Kamil Zeynallı ilə jurnalist Əfruzə Ağayeva arasında gedən məhkəmə prosesi başa çatıb. Məhkəmə jurnalistin qarşı tərəflə bağlı tələbini qismən təmin edib və qərara görə K. Zeynalli jurnalistin ünvanına dediyi təhqirlərə görə sosial şəbəkədə üzr istəməlidir. Jurnalistin iddia tələbinin qalan hissəsində, yəni 50.000 manat dəymiş mənəvi zərərin ödənilməsi rədd edilib. Eyni zamanda K.Zeynallının jurnalistdən 100 min manat tələb etməsi iddiası da rədd edilib”.

Məsələ ilə bağlı idmançı Kamil Zeynallı sosial şəbəkə bu cür mövqe bildirib: “Bu gün mənə qarşı açılan məhkəmə yekunlaşdı, qərar verildi: Kamil Zeynallı heç bir təzminat ödəməyəck. Qarşı tərəf Kamil Zeynallıdan üzr istəyəcək, Kamil də qarşı tərəfdən… Hara kimi lazımdırsa, gedəcəm… 50 min, yox bir 50 qəpik”.

Jurnalist Əfruzə Ağayeva isə musavat.com-a açıqlama verərək idmançının məhkəmə qərarını təhrif etdiyini bildirib: “Kamil yuxusunda görər ki, mən ondan üzr istəyim. Məhkəmə qərarına əsasən də Kamil Zeynallı Əfruzə Ağayevadan üzr istəyəcək. Yalandan “İnstagram”da nələrsə yazıb camaatın başını aldadır. Bəs nə oldu sən pul verib üzr istəməyəcəkdin ay Kamil ? Fakt Kamil Zeynallı uduzdu, lakin cərimə ödəməyəcək, məhkəmə iddianın o hissəsini ləğv edib nəyəsə görə… Kamilin vəkili deyir ki, Əfruzə Ağayeva üzr istəməlidir, Kamil Zeynallı təkzib verməlidir. Məhkəmə qərarını təhrif edib, jurnalistlərə açıqlama verir. Bu nə savadsızlıqdır ? Kamil Zeynallı bəyəm jurnalistdir təkzib verə ? Niyə demir ki, Kamil Zeynallı üzr istəməlidir və müdafiə elədiyim insan uduzub deyə. Camaatı aldatmayın, çünki bir müddət sonra mən qərarı mediada yayacam”.

Jurnalist məhkəmənin qərarını ədalətli hesab etmədiyini bildirib: “Çünki qarşılıqlı heç bir əsas olmadan Kamil Zeynallı üzr istədikdən sonra mənim də aparıcı Şənbəm Həsənovadan aldığım yazı ilə bağlı təkzib verməmi istəyib. Ancaq insan yalan yazanda təkzib verir. Amma Şəbnəm etiraf edir ki, mən demişəm bu sözləri, sözlərindən qaçmır. Səs yazıları da var. Mən niyə təkzib verim ki..?”

Xatırladaq ki, bir müddət bundan əvvəl idmançı Kamil Zeynallı jurnalist Əfruzə Ağayevanı sosial şəbəkədə və mətbuatda təhqir edib. Bu səbəbdən jurnalist məhkəməyə müraciət edərək idmançının ondan üzr istəməsini və dəymiş mənəvi ziyana görə 50 min manat tələb etmişdi.

Musavat.com

Загрузка...