Azərbaycan finala çıxdı, Çunayev canlı yayım etdi (VİDEO)

İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçirilir.

BAKU.WS-in məlumatına görə, yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparır.

Qrupda keçirilən görüşlərdə güləşçilərimiz ardıcıl olaraq Türkiyə, Belarus və Ukrayna yığmaları üzərində 5:3 hesablı qələbə qazanıb və qrup birincisi kimi finala yüksəlib.

Finalda güləşçilərimiz digər yarımqrupun birincisi Rusiya yığma komandası ilə qarşılaşacaq.

Həlledici görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. İdmançımız Rəsul Çunayev finala çıxdıqdan sonra Instagram-da video paylaşıb və Rusiya ilə qarşılaşacaqlarını bildirib.

loading...