Prezident İlham Əliyev bu gün əfv sərəncamı imzalayıb.
Bunu AzVision.az-a açqılamasında Əfv Məsələləri Komissiyasının üzvü, Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev deyib.
Onun sözlərinə görə, prezidentin sərəncamı ilə 423 məhkum əfv edilib: “Sərəncamla 412 nəfər azadlıqdan məhrumetmə cəzasından, 11 nəfər isə onlara verilən müxtəlif cəzalardan azad edilib”.
Siyahının yaxın dəqiqələrdə açıqlanacacağı gözlənilir.