Bakıda qalmaqallı reyd:

Mart ayının 9 da Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən qəzadan sonra Dövlət Yol Polisi əməkdaşları reydlərə başlayıb. Elə bu səbəblə Sumqayıt şəhərində qanunsuz sərnişin daşıma ilə məşğul olan sürücülərə qarşı növbəti dəfə reyd keçirilib.

BAKU.WS xəbər verir ki, Sumqayıtdan Bakıya hərəkət edən Ford markalı mikroavtobuslarda orta oturacağa görə cərimə yazan polislərlə sürüclər arasında qalmaqal yaşanıb. Sürücülər buna görə yol polisi ilə razılaşmayıb, etirazlarını bildiriblər. Lakin şəhərin müxtəlif ərazilərində paytaxta sərnişin daşıyan mikroavtobus sürücülərinin etirazı fayda etməyib. Hətta bəzi sürücülər müxtəlif cür bəhanələrlə özlərinə haqq qazandırmağa çalışsalar da, cərimə qaçılmaz olub.

Onlar barəsində protokol tərtib edilib.

loading...