Ronaldonu reklama çəkən türkiyəli Ümmiyə xala - Video

“Türk Telekom” şirkətinin “Sən yetər ki, xəyal et” adlı reklam filmində dünya şöhrətli futbolçu Kristiano Ronaldo və Mersin şəhərinin Arslanköy kəndində qurduğu teatrla məşhurlaşam Ümmiyə Koçak oynayıb.

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, daha öncə yazdığı və rejissorluğunu etdiyi “Yün bebek” filmiylə “Nyu-York Avrasiya Film Festivalı”nda mükafata layiq görülən Ü. Koçak reklamı özü çəkib.

Dənizli, Rizə, Antalya, Qaziantep, İstanbul və Çanaqqala olmaqla 6 vilayətdə, 23 gün ərzində çəkilən reklamda təxminən 100 nəfərlik heyət iş görüb.

Ronaldo reklam filmində həyatda yaşadığı çətinliklərə baxmayaraq, xəyallarının arxasınca qaçmaqdan yorulmadığını bəhs edib.

loading...