Загрузка...

Mətanət:

Müğənni Mətanət Əsədova evindən cadu tapıb.

Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda Yalçın Uğurun “Show time” verilişində qonaq olarkən deyib.

M.Əsədova bildirib ki, duanın kim tərəfindən edildiyi də ona məlumdur:

“Mənim başıma nələr gəlməyib. Götürək elə İnstaqramı. Elə bilirsiniz ki, orada mənə rəy yazan tamaşaçıdır? Qurana əl basaram ki, bu musiqi aləminin işidir. Başqa bir ad, şəkillə girib yazırlar. Nə vaxta qədər bu paxıllıq olacaq? Məndə niyə paxıllıq yoxdur? Çünki Allah gözəl surət, ürək, səs verib. Niyə paxıl olmalıyam ki? O gün evimdən daha bir cadu tapıldı. Bunu edənin kim olduğunu bilirəm. Cadunun içində ailə qurduğum insanla mənim adıma rus dilində yazılmış bir yazı, bir də böyük qıfıl var idi. O yazının tərcümə halını da bilirəm, orada nə yazıldığını da öyrəndim. Allah onlara ağıl versin”.