Rusiyanı “Eurovision 2017″də Yuliya Samoylova təmsil edəcək.
Axşam.az-ın rus mətbuatına istinadən məlumatına görə, uşaqlıqdan əlil arabasında olan Yuliya seçim mərhələsində digər namizədlərlə bərabər mübarizə aparıb və sonda müsabiqədə ölkəsi üçün səhnəyə çıxmaq imkanı qazanıb.
Birinci qrup əlil olan 27 yaşlı Yuliya Kiyevdə baş tutacaq müsabiqədə “Flame Is Burning” mahnısını oxuyacaq.