Qeyri-adi çempionat: kişilər arvadlarını çiyinlərində daşıdı (VİDEO)

Böyük Britaniyada “Arvaddaşıma” çempionatı keçirilib.

BAKU.WS xəbər verir ki, çempionat hər zaman olduğu kimi maraqlı kadrlarla yadda qalıb. Həyəcanlı anlarla yadda qalan yarışlarda ölkənin dörd bir yanından cütlüklər iştirak edib.

Çempionatda cütlüklər 380 metrlik məsafəni qət etməli olublar. Çempionatın şərtlərinə görə, yarışlarda çəkisi 50 kq-dan az olan qadınlar iştirak edə bilməzdi. Yəni kişilərin yükü elə də yüngül olmayıb. Bundan başqa qaçış yolunda yarışçıların qarşısına çıxan maneələr də onların işini çətinləşdirib.

Yarışda qalib gələn cütlük Finlandiyada keçirilən “Arvaddaşıma” çempionatında Böyük Britaniyanı təmsil edəcək.

ATV-yə istinadən sözgedən kadrları sizə təqdim edirik: