Türkiyə telekanalında azərbaycanlı oğlanın üstündə dava düşdü (VİDEO)

Türkiyədə Star televiziyasında yayımlanan “Zuhal topalla izdivaç” evlilik proqramında iştirak edən azərbaycanlı model Əli Əkbərin üstündə sözün əsl mənasında qızlar dava edib.

BAKU.WS xəbər verir ki, Əliyə namizəd olaraq gələn Səhər adlı qız modelin ona yox cavabı verməsini həzm edə bilmədiyini söyləyib. Gənc qız Əlini sevdiyini bildirib və göz yaşlarına boğulub. Vəziyyət o həddə çatıb ki, göz yaşlarını saxlaya bilməyən qız studiyanı tərk edib. Əli isə israrla qıza yenidən yox cavabı verib və ona qarşı heçnə hiss etmədiyini söyləyib.

Qeyd edək ki, Əli Əkbər verilişdə iştirak edən azərbaycanlı gəlin namizəd Naza elçi düşüb. Onlar bir müddət sevgili olsa da sonradan Naz ondan ayrılıb. Daha sonra isə cütlük münasibətlərini yenidən bərpa etməyə çalışsa da mümkün olmayıb.