Azərbaycanda 1 kilosu 600 manata alça satılır - FOTO

Havaların soyuq keçməsi, üstəgəl alça mövsümü olmamasına baxmayaraq Azərbaycanda yetişdirilən alça hər kəsi təəccübləndirib.

BAKU.WS xəbər verir ki, paytaxt Bakıda satışa çıxarılan alçanın Göyçay rayonunda yetişdirildiyi məlum olub. Onun satış qiyməti isə 600 manatdır.

Qeyd edək ki, mağazalarda qış vaxtı satılan, qiyməti dodaq uçuqladan alçanın xaricdən gətirildiyi hər kəsə məlum idi. Belə ki, xarici ölkədən gətirilən bu meyvənin 1 kilosu təxminən 200 dollar (350 AZN) civarındadır. Bu cür meyvələrə adətən varlı ailələr müraciət edir.

loading...