Ssenari, musiqi, rejissorluq və baş rolunu Mahsun Kırmızıgülün üstləndiyi “Vezir Parmağı” filmi məşhur sənətçini müflis edib.
Musavat.com-un məlumatına görə, Mahsun Kırmızıgül filmə 14 milyon türk lirəsi xərcləyib və təqdimatdan 5 həftə keçməsinə baxmayaraq, film kinoteatrların kassasına 8 milyona yaxın lirə toplayıb. Gözlənilən qədər maraq toplamayan, tənqidlərə məruz qalan film indiyə qədər cəmi 663 min 622 tamaşaçı tərəfindən izlənilib.
Qeyd edək ki, “Vezir Parmağı” Mahsun Kırmızıgülün beşinci filmidir. Bundan əvvəlki flimlər böyük maraqla qarşılanmış, yüksək baxış sayı ilə yadda qalmışdı.