Qoşunların təmas xəttində düşmənin daha bir texnikası məhv edilib. Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, martın 2-si günorta saatlarında cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus “X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vaxtında aşkar olunaraq atəşlə məhv edilib.
http://s019.radikal.ru/i604/1703/ca/9b1a79dbfd57.jpg
http://s013.radikal.ru/i323/1703/5c/c99cc8a9740e.jpg
http://s016.radikal.ru/i337/1703/0a/48874500c582.jpg
http://s018.radikal.ru/i522/1703/06/0548934df1f1.jpg
http://i057.radikal.ru/1703/0c/fba1cff869d1.jpg
http://i042.radikal.ru/1703/8b/50c172d65220.jpg