Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç boşanıb. APA TV-nin məlumatına görə, bu barədə o, Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində deyib.
Yanukoviç həyat yoldaşı ilə 45 il nikahda olub. Onun həyat yoldaşı ixtisasca inşaat mühəndisidir. O, uzun müddət istehsalatda çalışıb. Hazırda evdar qadın olan Lyudmila Yanukoviç ərinin 2014-cü ildə ölkədən qaçmasından sonra Krımda yaşayır.
Hazırda Rusiyanın Rostov şəhərində yaşayan Viktor Yanukoviçin isə özünün keçmiş aşpazının həyat yoldaşı ilə birgə olduğu deyilir.