ABŞ-ın Los-Anceles şəhərindəki “Dolby Theatre”də “Oscar Academy Awards” mərasimi keçirilib.

Milli.Az ABC-yə istinadən bidirir ki, Amerika Kino Sənətləri Akademiyasının təsis etdiyi “Oskar” mükafatlarının təqdim olunduğu, sayca 89-cu olan mərasimin aparıcısı populyar komik, 49 yaşlı Cimmi Kimmel idi.
3300 yerlik “Dolby” teatrında artıq 13-cü dəfə keçirilən mərasimi ABC telekanalı 52 ölkəyə translyasiya edib.
İranlı aktyor Maherşala Əli “Moonlight” filmindəki roluna görə “Arxa planda ən yaxşı kişi rolu” mükafatını alıb.
“Arxa planda ən yaxşı qadın rolu” nominasiyasında Viola Devis rejissor və aktyor Denzel Vaşinqtonun “Fences” filmindəki rolu ilə qalib gəlib.

“İlin ən yaxşı filmi” tituluna “Moonlight” lenti layiq görülüb.
“İlin ən yaxşı aktyoru” adına “Manchester by the Sea” filmindəki roluna görə Keysi Afflek, “İlin ən yaxşı aktrisası” adına isə “La La Land”dəki roluna görə Emma Stoun layiq bilinib.
Hollivud əfsanəsi Uorren Bitti “İlin ən yaxşı filmi” nominasiyasının qalibini elan edəndə “La La Lend”in adını çəkib. Lakin qalibin adı olan zərf səhv verilibmiş. “La La Lend”in çəkiliş heyəti qələbəyə sevinəndə pərt olublar.
Builki “Oskar” mükafatlarının qaliblərini təqdim edirik
“Arxa planda ən yaxşı kişi aktyor” – Mahershala Ali (Moonlight)
“Ən yaxşı meyk-ap və qrim” – Suicide Squad
“Ən yaxşı kostyum dizaynı” – Fantastic Beasts and Where to Find Them
“Ən yaxşı sənədli film” – OJ: Made in America
“Ən yaxşı səs rejissurası” – Arrival
“Ən yaxşı səs montajı” – Hacksaw Ridge
“Ən yaxşı arxa planda kişi aktyor” – Mişel Uilyams (Manchester by the Sea)
“Ən yaxşı qısametrajlı animasiya filmi” – Piper
“Ən yaxşı animasiya filmi” – Zootopia
“Ən yaxşı prodüsinq dizaynı” – La La Land

“Ən yaxşı vizual effekt” – The Jungle Book
“Ən yaxşı ssenari” – “Hacksaw Ridge”
“Ən yaxşı qısametrajlı sənədli film” – The White Helmets
“Ən yaxşı ssenari” – La La Land
“Ən yaxşı montaj” – La La Land
“Ən yaxşı mahnı” – City of Stars (La La Land)
“Ən yaxşı orijinal ssenari” – Manchester by the Sea

“Ən yaxşı uyğunlaşdırılmış ssenari” – Moonlight
“Ən yaxşı rejissor” – Damien Chazelle (La La Land)
“Ən yaxşı aktyor” – Casey Affleck (Manchester by the Sea)
“Ən yaxşı aktrisa” – Emma Stone (La La Land)
“Ən yaxşı film” – Manchester by the Sea

loading...