Müğənni Vəfa Şərifova “Misafirim ol” mahnısını təqdim edib.
Axşam.az-ın məlumatına görə, söz və musiqisi Tural Bayraməliyevə məxsus mahnı Türkiyədə lentə alınıb.
V.Şərifova yeni işindən söz açıb:
“Mahnı “Altanturan” səs yazma studiyasında ərsəyə gəlib və 30-dan çox alətin ifasına yer verilib. Peşəkar musiqiçilərlə çalışdım. Həmin studiya ilə Funda Arar, Linet, Kubat kimi məşhurlar əməkdaşlıq edir. Növbəti mahnılarımı da bu şəkildə hazırlamağı düşünürəm”.
V.Şərifova yeni mahnısına klip çəkdirəcəyini bildirib.