Загрузка...

Bakıda 18 yaşlı qız küçədə zorlandı

Paytaxtda 18 yaşlı Rusiya vətəndaşı zorlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Yasamal Rayon Polis İdarəsinə müraciət daxil olub. Cinayətin qurbanı 1999-cu il təvəllüdlü, E.U. adlı Rusiya vətəndaşı olub. Qız elə həmin gün, səhər saat 05:30 radələrində Nərimanov küçəsində yerləşən binanın qarşısında təcavüzə məruz qaldığını iddia edib. Onun sözlərinə görə, adını bilmədiyi təcavüzkar Nicat adlı tanışının dostudur.

Faktla bağlı araşdırma aparılır. Hələlik heç kim saxlanılmayıb.