Pekin sakini 72 yaşında cinsiyyətini dəyişdirmək qərarı verib. Bu barədə lenta.ru saytı “China Daily”ə istinadən xəbər yayıb.
Əməliyyat 15 fevralda Quandun bölgəsində baş tutub və bir neçə saat davam edib. Sin Yue adlı kişi qadına çevrilib. Xəbərdə qeyd olunur ki, cərrahiyyə əməliyyatından öncə Yue bir çox tibb testlərindən keçib və mindən artıq suala cavab verib. Çinli kişi 1970-ci ildən 2000-ci ilə qədər evli olub və bir qızı var.
Təqaüdçünün keçmiş həyat yoldaşı Len Juy onun əməliyyat qərarını tam dəstəkləyib və onunla birlikdə xəstəxanada olub.
Musavat.com