Azərbaycan respublikasının Xalq Artisti, tanınmış aktyor Ramiz Novruzun oğlu Cavidan Novruz öz instaqram səhifəsində Şahin Zəkizadənin yazdığı son sözləri paylaşıb.
BAKU.WS Cavidan Novruzun paylaşdığı fikirləri təqdim edir:
“Bir də o tayda görəndə məni bilin ki, diri-diri yandırdız məni” Bu sözlər Şahin Zəkizadənin öz yazdığı sözlərdir! Səsləndirdim, əziz xatirəsinə etiraf edirəm. Allah o dünyanı versin qardaşım! Unudulmayacaqsan!
Qeyd edək ki, rejissor Şahin Zəkizadə ötən gün qan xərcəngindən müalicə aldığı Tədris Terapevtik Klinikasında dünyasını dəyişib.