İtaliyalı model Paola Saulino Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”la qarşılaşacaq “Napoli” futbolçularının motivasiyasını artırmaq üçün özünəməxsus üsul seçib.
Goal.az xəbər verir ki, Saulino “Napoli” ÇL qalibi olsa, hər futbolçu ilə yatacağını bildirib. 27 yaşlı aktrisa və model hazırda Los-Ancelesdə yaşayır və Neapol klubunun azarkeşi kimi tanınır.
Saulino 2016-cı il dekabrın 4-də İtaliyada konstitusiya dəyişikliyi üzrə referendum zamanı da gündəmə gəlmişdi. O, dəyişikliklərə “yox” deyən vətəndaşlarla bir gecə keçirməyə söz vermişdi. Maraqlıdır ki, cazibədar model sözünə əməl etmək üçün turneyə çıxmış və Florensiya, Bolonya, Milan, Turin, Neapol, Bari, Leççe və Palermo şəhərinin bir neçə sakinini “sevindirmişdi”.