Çinin Xubey bölgəsində altı məmur “Tənbəl və ləng bürokratiyanı motivasiya” mövzusunda keçirilən toplantıda yuxuya gedib. Bu barədə Reuters agentliyi xəbər yayıb. Xəbərdə qeyd olunur ki, yatanlardan biri fond direktorunun müavini olub. Digəri isə şəhər planlaşdırma bürosu rəhbəri olub.
Yatmış məmurların şəkillərini kmzscc.com saytında müzakirə olunub və daha sonra Çin sosial şəbəkələrində qızğın müzakirələrə səbəb olub. Bunun ardınca mövzu kütləvi informasiya vasitələrində, ardınca isə hökumətdə müzakirə olunub.
İntizam bürosunu qərarına görə, toplantıda yatan məmurlar xalqdan üzr istəməlidilər.
Musavat.com