Məşhur Hollivud aktyoru Nikolas Keycin oğlu sərxoş vəziyyətdə qəza törədib və daha sonra hadisə yerindən qaçmaq istəyib.
“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, o, polis maşınlarından qaçmaq istərkən ağaca çırpılıb və saxlanılıb. 26 yaşlı Veston Keycin avtomobili ağaca dəyməmişdən öncə bir neçə poçt qutusuna ziyan vurub.