Dünən Türkiyə telekanallarında reytinqə yenə də “İçerde” başçılıq edib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 20 həftədir liderlikdən uzaqlaşmayan serial dünən tamaşaçı faizini bir qədər də qaldırıb.
Artıq iki həftədən çoxdur ki start götürən “Survivor” isə gözlənilənlərin əksinə, liderliyi ələ ala bilmir. O, “Total” (ümumi) reytinqdə “İçerde” və “Kırqın çiçekler”dən sonra üçüncü, AB (təhsilli, xüsusi auditoriya) reytinqdə isə ikinci ola bilib.
“Paramparça” serialı isə bu mövsümkü uğursuzluğunu davam etdirərək 14-cü (AB-də 12-ci) pillədə qərarlaşıb.