“Min bir gecə” serialında “Ali Kemal” obrazı ilə tanınan aktyor Ergün Demir Argentinada 2 ilə ulduz olub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “Min bir gecə” serialının Cənubi Amerikada yayımlanmasından sonra Argentinaya dəvət edilən aktyor Türkiyədə 1 həftədə əldə etdiyi gəliri burada bir çıxışında qazanır.
Argentinada baş verən zəlzələdən sonra şəhərləri gəzərək yardım paylayan aktyor bir anda ölkənin sevimlisinə çevrilib. O, 2016-cı ildə ölkədə “İlin ən yaxşı teatr aktyoru” seçilib.
Aktyor açıqlamasında belə deyib:
“Xalq prezidentdən çox məni izləyir və sevir. Gəldiyim gündən 5 ulduzlu oteldə qalıram və qəpik də xərcləməyə imkan vermirlər. Dövlət mənim üçün xüsusi mühafizə ayırıb. Argentina teatrında çalışıram və hər gün iki dəfə tamaşamız olur”.