ABŞ-ın birinci xanımı Melania Tramp Ağ Evə köçəcək.
Musavat.com-un məlumatına görə, bu barədə birinci xanımın sözçüsü Stefani Vinston Volkoff açıqlama verib. O, məktəblər bağlandıqdan sonra Melania Trampın Ağ Evə köçəcəyini bildirib və qeyd edib ki, M.Tramp “First Lady”nin rol və məsuliyyətini ciddiyə alır.
M.Tramp isə açıqlama verərək deyib: “Təcrübəli bir komanda ilə işləyirəm. “First Lady”nin məsuliyyətini üstlənmək mənim üçün qürurdur”.
Qeyd edək ki, Tramp cütlüyünün 10 yaşlı oğlu Manhettin şəhərində özəl bir məktəbdə təhsil alır.