Загрузка...

Yəhudi nazirdən xəbərdarlıq: Qanlı döyüşlər başlanacaq

HƏMAS ilə aramızda yenidən silahlı münaqişə yaşan bilər.

Axar.az xəbər verir ki, bu sözləri İsrail Müdafiə naziri Aviqdor Liberman Qəzza zolağındakı sərhəd ərazilərə ziyarəti zamanı deyib.

Bələdiyyə nümayəndələri ilə görüşən nazir bildirib ki, yaşayış sahələrində sakitlik aldadıcı ola bilər:

“HƏMAS İsrailə zərər vermək arzularından hələ imtina etməyib. Güc nisbəti onların əleyhinədir. Hər hansı təxribat olarsa ağır bədəl ödəyəcəklər”.

Qeyd edək ki, Qəza zolağı uzun illərdir ki, İsrailin mühasirəsindədir.

Bu mühasirədən dolayı minlərlə fələstinli həyatını itirib.