Müğənni və rejissor Mahsun Kırmızıgülün yeni təqdim etdiyi “Vezir parmağı” adlı filminin iki rayonda yayımlanması qadağan edilib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Mersin şəhərinin Anamur rayonunun bələdiyyə sədri Mehmet Türe və Kayseri şəhərinin Dəvəli rayonunun bələdiyyə rəhbəri Mehmet Cabbar adıçəkilən filmin onların ərazisində yerləşən kinoteatrlarda yayımlanmasına icazə verməyiblər.
Mehmet Türe filmlə bağlı sosial şəbəkədə belə yazıb:
“Mən olduğum müddətdə Mahsun Kırmızıgül kimi birinin çəkdiyi “Vezir parmağı” və buna oxşar digər filmlər əsla Anamur sərhədləri daxilində yayımlana bilməz. Film bələdiyyə kinoteratrlarından silinib”.
Mehmet Cabbar isə “Vezir parmağı”nda olan bəzi səhnələrin milli-mənəvi dəyərlərə zidd olduğunu vurğulayıb:
“Ssenarisində əcdadlarımızın adət-ənənəsini gülüş obyektinə çevirən Mahsun Kırmızıgülün “Vezir parmağı” heç vaxt bizim kinoteatrlara daxil ola bilməz”.