“İçerde” serialının “Alyanak”ı Yıldıray Şahinler dünən gənc bir qadınla görüntülənib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, jurnalistlər qadının kimliyini soruşunca aktyor belə deyib:
“Yanımdakı xanım sevgilim deyil, həyat yoldaşım Gizemdir”.
Qeyd edək ki, “İçerde” serialında səsinin tonuna görə məşhurlaşan aktyor bu danışıq tərzini özündən uydurduğunu demişdi.