Martın ortalarından Azərbaycana yenidən turist axınının başlayacağı gözlənilir.
Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
Onun sözlərinə görə, turist axının yayın sonuna qədər davam edəcəyi gözlənilir.
M.Ağakərimov əlavə edib ki, artıq indidən bəzi otellərin yerləri mart ayının ortaları üçün bronlaşdırılıb. Bu yerləri bronlaşdıranlar isə əsasən, ərəb ölkələrindən olan və iranlı turistlərdir.