Bakının “Sovetski” kimi tanınan ərazisində üçmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində üç mənzil tamamilə yanıb.

“Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğınsöndürənlər alovun digər mənzillərə keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.