Teleaparıcı Xoşqədəm Hidayətqızı tanınmış psixoloq Dəyanət Rzayevin intihar etməsini dəhşət hadisə adlandırıb.
Musavat.com bildirir ki, aparıcı bu barədə sosial şəbəkədə yazıb: “Sabahı bu xəbərlər açdım və çox üzüldüm. Dəyanət dəfələrlə verilişimdə bir psixoloq kimi dəyərli fikirlər söyləyib. Belə bir peşəkar psixoloqun intihar etməsi dəhşətdir. Onunla bağlı yazılan xəbərlərdə oxudum ki, ailəsindən ayrılıbmış və son dönəmlərdə tək yaşayırmış, özünə qapanma kimi hallar və s. Belə bir güclü və neçə-neçə insanı intihar qərarından daşındıran insanın ölümü bir daha göstərdi ki, kimsə nədənsə sığortalanmayıb. Sadəcə, həyatı sevin, sevdiklərinizi sevin və qoruyun!”