Şahdağda bir günlük istirahət neçəyə başa gəlir? – QİYMƏTLƏR

Azərbaycanda turistlərin üz tutduğu qış istirahət əyləncə mərkəzlərindən biri də Şahdağ istirahət və əyləncə kompleksidir. Burada müxtəlif növ xizək və snowboard xidmətləri təklif olunur.

BAKU.WS turizm.fins.az-a istinadən xəbər verir ki, Şahdağda xizəklərdən istifadə qiymətlərini təqdim edir.
Xizək ləvazimatlarının kirayələnməsi üçün şəxsiyyətinizi təsdiq edən sənəd tələb olunur.

Xizək ləvazimatları ( Xizək + dəyənək + çəkmə ) – 25 manat
Xizək ləvazimatları + gödəkcə+şalvar+dəbilqə – 53 manat
Snowboard + çəkmə – 40 manat

6-12 yaş arası uşaqlar üçün xizək ləvazimatlarının qiyməti nisbətən ucuzdur.

Xizək ləvazimatları ( Xizək + dəyənək + çəkmə + dəbilqə ) – 29 manat
Geyim (gödəkcə+şalvar) – 16 manat

12 yaşdan yuxarı olanlar üçün kanat yollarından istifadə qiymətləri günün saatlarından asılı olaraq dəyişir:

Saat 09:00-dan 16:30-dək – 26 manat
Saat 09:00-dan 12:30-dək – 16 manat
Saat 12:30-dan 16:30- dək – 16 manat
Birdəfəlik istifadə – 6 manat

6-12 yaş arası uşaqlar üçün isə kanatdan istifadə qiymətləri belə dəyişir:

Saat 09:00-dan 16:30-dək – 20 manat
Saat 09:00-dan 12:30-dək – 12 manat
Saat 12:30-dan 16:30-dək – 12 manat
Birdəfəlik istifadə – 4 manat

Qeyd edək ki , 0-6 yaş arası uşaqlar üçün xidmətlər pulsuzdur.

Məlumat üçün bildirək ki, kompleksə səfər etməmişdən öncə yaxşı olardı ki,xizəkləri rezervasiya edəsiz. Bu sizi növbədə əlavə vaxt itirməkdən xilas edəcək. Lakin istisna edilmir ki, rezervasiya zamanı da növbədə dayanırsız, lakin bu zaman daha az vaxt sərf etmiş olacaqsız.

BAKU.WS
Advertising 28
Xəbəri bəyəndiniz?

0
+
24
Azərbaycan otellərində fantastik Yeni il qiymətləri (CƏDVƏL)
Azərbaycanın ən ucuz otelləri (SİYAHI)
Bakının bir addımlığında piknik zonası açıldı – FOTO
Teqlər: Şahdağ, istirahət, QİYMƏTLƏR

TOP XƏBƏRLƏRЛучшее на сайте