Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Trampın inauqurasiyasından sonra məşhurların iştirakı ilə kütləvi mitinqlər keçirilirdi.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 30 yaşlı aktyor Şayya Labef isə bundan başqa Trampa qarşı “O, bizi ayıra bilməyəcək” (He will not divide us) adlı kampaniyaya start verib. O, həmçinin elan edib ki, Trampın prezident olduğu dövrdə heç bir filmə çəkilməyəcək.
Ş.Labef aksiyası çərçivəsində Nyu-Yorkda küçələrdən birində kamera quraşdırıb və istənilən şəxs Trampa qarşı etirazını bu kamera vasitəsi ilə edə bilər. Lakin kamerada çıxış edən adamlardan biri ilə aktyor arasında münaqişə yaranıb. Əlbəyaxa olan tərəfləri güclə ayırıblar.
Şayya Labef bu hərəkətinə görə həbs edilərək polis idarəsinə aparılıb.