Novruz çərşənbələrinin vaxtı AÇIQLANDI

Bu il Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrinin vaxtı açıqlanıb.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya bildirib ki, 2017-ci ildə ilk Novruz çərşənbəsi fevralın 21-i, axırıncı çərşənbə isə martın 14-nə təsadüf edəcək.

Onun sözlərinə görə, fevralın 21-də ilk çərşənbə – Su, fevralın 28-də Od, martın 7-də Hava (Yel), martın 14-də isə sonuncu Torpaq çərşənbəsi qeyd olunacaq.

X.Mikayılov qeyd edib ki, yaz fəslinin Azərbaycana gəlişi martın 20-si Bakı vaxtı ilə saat 14:29-də olacaq.

loading...