ABŞ-da yüksək təbəqəli cəmiyyət arasında tanınmış adlardan olan Jokelin Uildenşteyn prezident Donald Trampın adına olan göydələndəki evini satır.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, etdiyi uğursuz estetik əməliyyatlar nəticəsində tanınmaz hala düşən 71 yaşlı Jokelin bu evə 6 milyon dollardan çox pul xərcləyib.
O, evini 12 milyon dollara satmaq istəyir.
Qeyd edk ki, Jokelinin üzü son zamanlar o qədər tanınmaz hala düşüb ki, o, artıq kameralardan uzaq qalmaqda qərarlıdır.