Müğənni Cennifer Lopez yeni “Giuseppe for Jennifer Lopez” ayaqqabı kolleksiyasını satışa çıxarıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Cey Lo bu ayaqqabıları Giuseppe Zanotti ilə birgə hazırlayıb. Müğənni bu brendin hər kəs tərəfindən bəyəniləcəyini bildirib:
“Yeni kolleksiyamızda yeniliklər çoxdur. Seksual görünmək istəyən qadınlar mütləq bu ayaqqabılardan alacaq”.
Qeyd edək ki, ayaqqabıların qiyməti 795 və 2 min 995 dollar arasında dəyişir.