Aparıcı və model Çağla Şikel keçmiş həyat yoldaşı, müğənni Emre Altuğun yeni eşq yaşaması haqqında açıqlama verib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, jurnalistlərin “Emre Altuğ Özcan Dənizin keçmiş sevgilisi ilə bir aradadırmı” sualına belə cavab verib:
“Biz Emre ilə bu cür söhbətlər etmirik. Odur ki, həyatında kiminsə olub-olmadığını bilmirəm. Olsa da, bu məni maraqlandırmır. Həm də, bu, normaldır. Əgər belə bir şey varsa, ona xoşbəxtlik arzulayıram”.
Qeyd edək ki, bir müddət əvvəl aktyor Özcan Denizlə qalmaqallı şəkildə ayrılan Buse Narcı müğənni E.Altuğla eşq yaşadığı ortaya çıxıb. Onlar hətta Yeni ili də birlikdə keçirib.lər
Cütlük Altuğun Ortaköydeki evində səhərə kimi əylənib. Onlar bu münasibəti mediadan gizli saxlamağa çalışırlar.