Bakıda keçirilən sorğuda inanılmaz cavablar:

Paytaxt sakinləri “Bethoven kimdir” sualını cavablandırıb.

BAKU.WS xəbər verir ki, cavablar təəssüf doğurub. Sakinlər dahi alman bəstəkarını tanımayıb. Bəziləri onu tanısa da hələ də sağ olduğunu söyləyiblər. Bəziləri isə cavabdan qaçmaq üçün musiqi ilə maraqlanmadıqlarını bildiriblər. Cavablardan biri isə maraq doğurub. Gənc oğlan Bethovenin it olduğunu hətta ona film də çəkildiyini bildirib.

Sorğudan maraqlı kadrları sizə təqdim edirik: