Bir sıra Avropa ölkələrində aparılmış əməliyyat zamanı silah ticarətində şübhəli bilinən 245 nəfər saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə İspaniyanın Mülki Qvardiyası məlumat yayıb.
“Bosphorus” əməliyyatında Avropanın 11 ölkəsindən olan hüquq-mühafizə orqanları əməkdaşları iştirak edib.
Ümumilikdə 664 ədəd silah, eyni zamanda 33 min 748 patron, əl qumbarası və səsboğucu götürülüb.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.