Məşhur aktyor dünyasını dəyişdi

Tanınmış amerikalı aktyor Migel Ferrer 61 yaşında dünyasını dəyişib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Migel uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Ferrerin qohumu, aktyor Corc Kluni “Digital Spy” açıqlamasında “Yer üzündə ən böyük dəyişikliklər baş verir. Onlardan biri də odur ki, Migel xərçəngə məğlub oldu” deyə, bildirib.

Ferrerin atası “oskar” mükafatı almış aktyor Xose Ferrera, anası isə məşhur müğənni Rozmari Kluni olub.

Aktyor “Robokop”, “Qarşıdurma”, “Dəmir adam 3” və “Tvin Piks” kimi film və seriallardakı rolları ilə məşhurlaşıb.