Maykl Ceksonun oğlundan atasına jest - foto

Pop musiqisinin kralı Maykl Ceksonun oğlu Prins atasının yoxluğu hiss etməmək üçün onunla bağlı bədəninə döymə elətdirib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, döymə onun sinəsindən başlayır və dirsəyinə qədər davam edir.

19 yaşlı oğlanın döyməsində diqqət çəkən orada yazılan yazılardır:

“Qaranlığa məzlum-məzlum getmə. Qoy, bu gedişin bütün gecələrdən hiddətli olsun. Yolundakı işığın sönməyinə imkan vermə”.

Qeyd edək ki, Prinsdən əvvə onun bacısı Peris də atası ilə bağlı bədənində döymə elətdirib. Belə ki, o, Mayklın “Dangerous” albomundakı fotolarından birini əlinə döydürtdürüb. Fotoda maskalı M.Ceksonun baxışları diqqət çəkir.

Maykl Ceksonun oğlundan atasına jest - foto

Maykl Ceksonun oğlundan atasına jest - foto

Загрузка...