Misir məhkəməsi keçmiş futbolçu Məhəmməd Abutrikanı terrorçular siyahısına salıb.
Axar.az BBC-ə istinadən xəbər verir ki, bu haqda məlumatı keçmiş futbolçunun vəkili verib.
Verilən məlumata görə, o, Müsəlman Qardaşları terror qruplaşmasına maliyyə dəstəyi göstərməkdə ittiham olunur. Vəkil bildirib ki, o, bu qərara yenidən baxılmasına nail olacaq.