Daha bir erməni əsgəri Qarabağda hərbi xidmətdən imtina etdi

Yanvarın 18-də saat 01:50 radələrində Baqratşen nəzarət-keçid məntəqəsində Harri A. adlı Ermənistan vətəndaşı saxlanılıb.

Azvision.az xəbər verir ki, 1990-ci il təvəllüdlü şəxs polis idarəsinə aparılıb.

Məlumata görə, o, 2015-ci ildə qondarma “Dağlıq Qarabağ Respublikası”nın (“DQR”) Xankəndi Hərbi Komissarlığı tərəfindən axtarışa verilib. Onun hərbi xidmətdən yayındığı bildirilir.

Qeyd edək ki, bu, ermənilərin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində hərbi xidmətdən yayınmasına dair ilk fakt deyil. Belə faktlar dəfələrlə erməni KİV-ləri tərəfindən işıqlandırılıb. Bütün bunlar onu göstərir ki, erməni gənclər Qarabağda məcburi hərbi xidmət etmək istəmirlər.

Загрузка...