Загрузка...

Supermarketdə mühafizəçi qadına saçından tutub təcavüz etdi - VİDEO

Rusiyanın Rostov şəhərindəki mağazalardan birində zorlanma hadisəsi qeydə alınıb.

BAKU.WS xəbər verir ki, cinayət hadisəsi şəhərin Sovetski rayonundakı “Apeks” supermarketində yaşanıb. Belə ki, 26 yaşlı mağaza nəzarətçisi 27 yaşlı qənnadçı qadını zorla marketin təhlükəsizlik kameraları çəkməyən hissəsinə apararaq orada təcavüz edib.

Təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdə qadın kişidən qaçaraq canını qurtarmağa çalışsa da buna müvəffəq ola bilməyib. Qadının saçlarından tutaraq sürüyən 26 yaşlı mağaza nəzarətçisi daha sonra onu zorlayıb. Hadisə gecə yarısı, mağaza bağlandıqdan sonra baş verib.

Bir saat sonra təcavüzkarın əlindən xilas olan qadın yenidən təhlükəsizlik kameralarında görünüb. Kadrlardan onun huşsuz halda eskalatordan endiyini görmək olur. Səhər satlarında polisə zəng vuran qadın baş verən hadisəni hüquqmühafizə orqanlarına xəbər verib. Cinayətkar isti izlərlə həbs edilib.

Sözügedən kadrları sizə təqdim edirik: