Futbolçu Devid Bekhemın həyat yoldaşı, müğənni və dizayner Viktoriya Bekhem qatıldığı verilişlərdən birində açıqlama verib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, tez-tez xarici görünüşündə dəyişiklik edən müğənni bir müddət əvvəl sinəsində etdirdiyi əməliyyatı inkar etmişdi.
Lakin özündə güc toplayan Viktoriya bu əməliyyatını boynuna alıb və gənclərə nəsihət də verib:
“Mən sinə əməliyyatını inkar edirdim. Amma etiraf edim ki, bir müddət əvvəl belə bir əməliyyat keçirdim. Çox peşman oldum. Artıq sinəmdəki implantları çıxartdırmışam. İnsan gərək necə yaranıbsa, ona şükür etsin. Qızlara da məsləhət görürəm ki, təbii gözəlliyə üstünlük versinlər. İnandırım sizi ki, kişilər də təbii gözəli daha çox sevirlər”.