İngilis rep ifaçısı Koutney Hatçinson 23 il müddətinə azadlıqdan məhrum edilib.
Musavat.com-un məlumatına görə, “DVS” səhnə adı ilə tanınan reper gənc qadını evinə gətirərək ona rol aldığı “The intent” filmindəki kimi 3 gün müddətində işgəncə verərək təcavüz edib. Hadisə 2016-cı ilin fevralında baş verib. O, 20 yaşlı qadını Londondakı evinə gətirərək zorla orada saxlayıb və dəhşətli işgəncələrə məruz qoyub.
32 yaşlı reper qadını elektrik kabeli ilə döyərək həmin anları videoya çəkib. Qadın yaralı və çılpaq halda evdən qaçmağa nail olub. Başına gələnləri polisə danışan gənc qadın reperin evinə getdiyini bildirib və bundan sonra təcavüzə məruz qaldığını deyib. Qadının sözlərinə görə, hər gün işgəncənin şiddəti daha da artıb.
Rep ifaçısı qurbanının saçlarından tutaraq sürüyüb, telefon kabeli ilə döyüb, üstünə qaynar su töküb və ütünü qızdıraraq qadından onu yandırmasını istəyib. Daha sonra reper isti ütünü qadının bədəninə basıb və ona paltarlarını geyinməyə imkan verməyib.
Yanıq, sınıq, çıxıq xəsarətləri olan qadın çılpaq halda evdən qaçmağa nail olub və küçədən keçən bir nəfərin köməyi ilə xəstəxanaya çatdırılıb. Saxlanılaraq məhkəməyə çıxarılan repçi əməlini etiraf edib və 23 il müddətinə həbs edilib.
Qeyd edək ki, repçinin rol aldığı “The intent” filmi İngiltərə istehsalıdır. Mafiya və cinayətdən bəhs edən flimdə repçi əlində isti ütü ilə bir nəfərə işgəncə verən xarakteri canlandırıb.