“10 il məhkəmələrdə olmuşam”
“Haradasa şəkilim çıxanda məni məhkəməyə verirdi”
ARB TV-nin efirində yayımlanan “Gəlin danışaq” verilişinin qonağı olan müğənni Nura Suri maraqlı açıqlamalar verib:
“10 ilə yaxın məhkəmələrdə oldum. Özləri barışıq sazişi bağladılar. Uşaqlar üçün də nə lazımdı ediblər. Mən ondan heç nə istəməmişəm, o məndən istəyib. Tutaq ki, ayrılandan sonra mənim haradasa şəkilim çıxırdı gedib məni məhkəməyə verirdi. Halbuki, ayrılmışıq. Mənim sonradan ailə qurmağım ona pis təsir etdi. Əvvəl gəlib gedirdi. Uşaqlara nəsə lazım olanda alıb göndərirdi. O ki, mən Davidin atası ilə ailə qurdum, mənə düşmən kəsildi. Yatıb-durub məni məhkəməyə verirdi. Nəfsin saldı qurduğum ailə də dağıldı. Mən bilsəm ki, bu insanda nəyisə dəyişə biləcəm, ailəmi dağıltmazdım. Biz bir neçə dəfə ayrılıb sonra barışmışıq. Pis adam deyildi, həmişə nə istəmişəm olub. Sadəcə olaraq əsəbi insan idi. Boksla məşğul olub deyə, vuran əli var idi. Məni vururdu, fiziki təcavüz olurdu”.