Keçmiş pornoulduz Cicciolina bir at ilə cinsi münasibətdə olmasına dair yayılan yalan xəbərlərə görə “Google”u məhkəməyə verib.
BAKU.WS xəbər verir ki, əsl adı İlona Staller olan macar əsilli 65 yaşlı qadın “Google”a qarşı 79 milyon avroluq təzminat davası açıb. Bir müddət əvvəl İtalyan parlametində millət vəkili olan Cicciolina “FQ Magazine” adlı jurnala verdiyi müsahibədə bildirib ki, 80-ci illərdə çəkildiyi “Cicciolina Number1” adlı porno filmində çəkilən atla intim əlaqə səhnəsində əslində rolu özü deyil, başqa bir aktrisa canlandırıb.
“Sözügdən səhnədə mən faytonda oturmuşam, səhnəni isə başqa aktrisa oynayıb. Bunu mən etmişəmmiş kimi təqdim etmək biabırçılıqdı. Bu bir iyrənclik, utanmazlıqdır. Kabus yaşayıram. Günahkarlar mütləq cəzasını almalıdır. Mən bir heyvansevərəm. Zoofillərə nifrət edirəm. Belə bir səhnəyə necə çəkilə bilərəm axı?”.