Aktrisa Mila Kunis Los-Ancelesdə paparassilərin hədəfinə düşüb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, keçən ay ikinci dəfə ana olan Mila iki yaşlı qızı Elizabet ilə gözəllik salonundan çıxarkən kameralara tuş gəlib.
Elizabetin dırnaqlarını hamıya göstərməsi diqqətdən yayınmayıb. Milanın iki yaşlı qızının dırnaqlarını manikür etdirməsi bildirilir.
Qeyd edək ki, M.Kunis aktyor Eşton Katçerlə ailəlidir.